• Bakı 15° C

    13.64 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Ukraynada sərhədçilərin sayı ARTIRILDI

DÜNYA

24 Aprel 2024 | 13:02

Ukraynada sərhədçilərin sayı ARTIRILDI

Ukrayna Ali Radası Dövlət Sərhəd Xidmətinin şəxsi heyət sayını 15 min nəfər artırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Beləliklə, Ukrayna ərazisində hərbi vəziyyət ləğv olunana qədər Dövlət Sərhəd Xidmətinin əsgərlərinin ümumi sayı 75 min nəfərə qədər, o cümlədən 67 minə qədər hərbi qulluqçu olacaq.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.


SON XƏBƏRLƏR

05 May 2024