• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynada yeni taktikaya keçdik - Kadırov

DÜNYA

02 Oktyabr 2022 | 20:12 | Müəllif: Subhan Mahmudov

Ukraynada yeni taktikaya keçdik - Kadırov

Ukraynadakı müharibədə çeçen hərbi birliklərinin “yeni taktika”sı artıq əla nəticələr verir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında qeyd edib.

O bildirib ki, yeni taktika nəticəsində ukraynalılar hər gün böyük itkilər verir:

“Ukraynanın çox öyündüyü Qərb silahları ona açıq qarşıdurmada heç bir üstünlük vermir”.

Qeyd edək ki, Kadırov 21 sentyabrda çeçen dəstələrinin “yeni taktika”ya keçdiyini demiş və bundan kimsənin qurtula bilməyəcəyini vurğulamışdı. Nəticədə Ukrayna ordusu Donetsk vilayətindəki mühüm əhəmiyyətə malik Liman şəhərini işğaldan azad etdi.

Kadırov isə Limandan rus qoşunlarının geri çəkilməsini tənqid edərək, taktiki nüvə silahından istifadəyə və Rusiyanın bəzi regionlarında hərbi vəziyyət elan etməyə çağırmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026