• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynadakı beynəlxalq legiona 55 ölkədən könüllülər qoşulub

DÜNYA

14 Iyun 2022 | 00:27 | Müəllif: Subhan Mahmudov

Ukraynadakı beynəlxalq legiona 55 ölkədən könüllülər qoşulub

Ukraynada Rusiyanın hücumu ilə əlaqədar yaradılmış beynəlxalq legiona dünyanın 55 ölkəsindən könüllülər qoşulub.

Bakıvaxtı.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu rəqəmi Ukraynanın beynəlxalq müdafiə legionunun nümayəndəsi Damyen Maqru brifinqdə səsləndirib.

Onun sözlərinə görə, legionda bütün qitələrdən, hətta Braziliya, Cənubi Koreya, Avstraliya kimi uzaq ölkələrdən könüllülər var.

Maqru, həmçinin bildirib ki, legionda amerikalılar və britaniyalılar çoxluq təşkil edir. Onlardan sonra polyaklar, kanadalılar və müxtəlif ölkələrin nümayəndələri gəlir.

Beynəlxalq legionun nümayəndəsi informasiyanın məxfiliyini əsas gətirərək, legionerlərin ümumi sayını açıqlamaqdan imtina edib. O, maliyyələşmə məsələsinə dair suala cavab verərkən qeyd edib ki, beynəlxalq legion Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxildir və müdafiə büdcəsindən maliyyələşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026