• Bakı 11° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Daha 3 məmur istefa verdi

DÜNYA

13 Iyul 2022 | 23:13 | Müəllif: Subhan Mahmudov

Daha 3 məmur istefa verdi

Hakim "Gürcü Arzusu" partiyasından daha üç məmur istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, partiya sıralarından Telavi, Adigeni və Aspindze bələdiyyələrinin üzvləri gediblər.

Levan Koçloşvili, İmeda Mqebrişvili və Giya Çelişvili bildiriblər ki, istefa barədə qərarları azad danışmaları üçün qəbul ediblər.

Onların fikrincə, Qərb müxalifəti həddindən artıq dəstəkləyir və Gürcüstanın müharibəyə cəlb edilməsi təhlükəsi yaradır.

Qeyd edək ki, iyunun 28-də "Gürcü Arzusu"ndan parlamentin üç komitəsinin sədri - Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadze, iyulun 11-də isə Laqodexi, Çiatura, Tercola və Axaltsixe bələdiyyələrinin üzvləri istefa veriblər. (publika.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR