• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ukraynalı pilotlar F-16 təlimlərinə başlayır

DÜNYA

27 Iyun 2023 | 15:42

Ukraynalı pilotlar F-16 təlimlərinə başlayır

Danimarka Ukrayna pilotlarına F-16 təlimi verməyə başladıqlarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Danimarka Müdafiə Naziri vəzifəsini icra edən Troels Lund Poulsen milli DR telekanalına etdiyi çıxışında danışıb.

Poulsen bildirib ki, Ukraynaya F-16 yardımı edə bilmək üçün ukraynalı pilotlar bu sahədə 6-8 aylıq təlim keçməlidirlər.

Danimarka donanmasında olan F-16 təyyarələrini əvəz etmək üçün 27 F-35A təyyarəsi sifariş edib. Yeni döyüş təyyarələrinin 2023-cü ilin sonundan Danimarka Silahlı Qüvvələrinin inventarına daxil olacağı gözlənilir.

Qeyd edək ki, Ukraynaya F-16-ların tədarükü üçün Niderland və Danimarka başda olmaqla ölkələr may ayında NATO-da geniş istifadə olunan ABŞ istehsalı olan F-16 döyüş təyyarələri üçün ukraynalı pilotlara təlim keçmək barədə razılığa gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026