• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ukraynanın “Avroviziya” təmsilçisi görün harada seçiləcək

DÜNYA

24 Oktyabr 2022 | 15:04

Ukraynanın “Avroviziya” təmsilçisi görün harada seçiləcək

Ukraynanı “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək ifaçını müəyyənləşdirmək üçün milli seçim turu bomba sığınacağında keçiriləcək.

Bu barədə Bakıvaxtı.az Eurovision.tv-yə istinadən xəbər verir.

Bu, dekabrın 17-də Kiyevdəki bomba sığınacaqlarının birində baş tutacaq və oradan yayımlanacaq.

Qeyd edək ki, Turində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsində Ukraynanın hip-hop qrupu Kaluş Orchestra “Stefaniya” mahnısı ilə qalib olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub. Ənənəyə görə, “Avroviziya” müsabiqədə qalib gələn ölkədə keçirilir. Ukrayna 2023-cü ildə “Avroviziya”ya ev sahibliyi etməyə hazır olduğunu bəyan edib, lakin Avropa Yayım Birliyi (AYB) iştirakçıların təhlükəsizliyinin təmin edilməsində çətinliklər səbəbindən müsabiqənin bu ölkədə keçirilə bilməyəcəyini bildirib. Bununla bağlı AYB Böyük Britaniyada müsabiqə təşkil etmək üçün “BBC” ilə danışıqlara başlayıb və razılıq əldə edib. Böyük Britaniya digər ölkələrdən fərqli olaraq səkkiz dəfə “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edib. Sonuncu dəfə bu müsabiqə Böyük Britaniyada 1998-ci ildə keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026