• Bakı 18° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

UNESCO-ya yeni rəhbər SEÇİLDİ

DÜNYA

06 Oktyabr 2025 | 21:30

UNESCO-ya yeni rəhbər SEÇİLDİ

Misirli Xalid əl-Anani UNESCO-nun baş direktoru seçilib.

Bakıvaxtı.az xəbər verir ki, o, keçirilmiş səsvermədə 57 səsdən 55-ni toplayaraq qələbə qazanıb və 2025–2029-cu illər dövrü üçün bu vəzifəni icra edəcək.

Onun rəqibi, Konqo Respublikasından Firmen Matoko isə yalnız iki səs əldə edib.

Xalid əl-Ananinin namizədliyi Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası, həmçinin Fransa, İspaniya, Türkiyə, Qabon, Almaniya və Braziliya kimi bir sıra ölkələrin dəstəyi ilə irəli sürülüb.

Xalid əl-Anani misirşünas və siyasi xadimdir. O, 29 dekabr 2019–13 avqust 2022-ci il tarixlərində Misirin turizm və qədim abidələr naziri kimi fəaliyyət göstərib.

UNESCO-nun qaydalarına görə, baş direktor ilkin olaraq dörd il müddətinə seçilir və müddət bir dəfə yenilənə bilər. İcraiyyə Şurası namizədləri qiymətləndirir və yekun təsdiq üçün tövsiyəsini Baş Konfransa təqdim edir.


SON XƏBƏRLƏR