• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Universitetlərimiz xaricdəki təhsil müassisələrinə uduzur”

CƏMİYYƏT

15 Avqust 2022 | 16:25 | Müəllif: Qalib İbrahimoğlu

“Universitetlərimiz xaricdəki təhsil müassisələrinə uduzur”

Xəbər verdiyimiz kimi, 4-cü qrup üzrə qəbul imtahanında 700 bal toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edərək ali təhsilini Ankarada davam etdirməyə qərar verib. Ancaq cəmiyyət arasında Nigarın bu qərarı heç də birmənalı qarşılanmayıb.

ARI xaricdə təhsil mərkəzinin rəhbəri Rizvan Qənbərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, insanlar əslində təhsil sistemini tənqid etmək istəyirlər: “Ancaq təəssüf ki, bu tənqidi imtahan nəticələri uğurlu olan, universitet seçimində düzgün qərar verən bir tələbənin adını hallandıraraq dilə gətirirlər. Səhv olan da budur”.

Onun sözlərinə görə, ölkədə həm ümumi təhsilin, həm ali təhsilin vəziyyəti hamıya məlumdur.  R.Qənbərli deyib ki, bu gün hansı ixtisas olursa olsun, imtahan nəticələri yüksək, hazırlıq səviyyəsi qənaətbəxş olan, təhsilli diplom sahibi olmaq kimi görməyən, karyerasının həlledici pilləsi kimi qəbul edən hər kəs ən yaxşı təhsili ən keyfiyyətli təhsil müəssisəsində almaq istəyir. Bu təhsil müəssisələri də xaricdədir: “Əgər tələbənin və ya valideyninin maliyyə vəziyyəti uyğundursa və ya tələbənin təqaüdlü təhsil almaq kimi variantı varsa onda istər istəməz xaricdə təhsilə üz tutacaq”.

R.Qənbərli qeyd edib ki, Azərbaycan universitetləri keyfiyyətli təhsil istiqamətində bir çox göstəricilərə əsasən xaricdəki universitetlərə uduzur: “Məsələn, həmin tələbəmizin seçdiyi Ankara Universitetinin tibb fakültəsində min tələbəyə düşən müəllim sayı 161 nəfərdir. Azərbaycan Tibb Universitetində isə 1000 tələbəyə düşən müəllim sayı sadəcə 29-dur. Beş qat fərqdən gedir söhbət. Başqa meyarlarla müqayisədə bu fərq on qatdan da çoxdur”.

Müsahibimiz bildirib ki, belə olan halda xaricdə təhsil almağı seçmiş gənci sadəcə alqışlamaq lazımdır. Dediyinə görə, bu seçimi qınayanların isə əsas vəzifəsi ondan ibarət olmalıdır ki, Azərbaycan keyfiyyətli təhsil üçün xaricə üz tutan bacarıqlı gənclərimizin məzun olduqdan sonra qayıdıb sevərək işləyə biləcəkləri bir ölkəyə çevrilsin.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR