• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Uşaqlar arasında koranavirus yox olmaqdadır" - Direktor

CƏMİYYƏT

07 Aprel 2022 | 10:56 | Müəllif: Qalib İbrahimoğlu

"Uşaqlar arasında koranavirus yox olmaqdadır" - Direktor

“Uşaqlar arasında koranavirus yox olmaqdadır”.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə apa-ya K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev deyib.

Onun sözlərinə görə, uşaqlar arasında koronavirusa yoluxma hallarında azalma müşahidə olunur: "Təbii ki, koronavirusdan sonra ağırlaşma hallarını bundan sonra da görəcəyik. Tibb elmi koronavirusun bir çox ağırlaşmaları ilə qarşılaşacaq”.

Allahverdi Musayev bildirib ki, Azərbaycanda son vaxtlar koranavirus xəstələrinin sayında, eyni zamanda, bu xəstəlikdən ölüm hallarında azalma müşahidə olunur.

Direktor, koronavirus xəstələrində “MIS-C” xəstəliyinin görülməkdə olduğunu əlavə edib.

“Qadınlar hamiləliyin son dönəmində gizlin şəkildə koronavirus keçirir və uşaq doğulduqdan sonra uşağın orqanizmində patologiyalar çıxa bilir”, - o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026