• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Uşaqlar bərbad bağçalara getsinlər" - Deputatdan sərt AÇIQLAMA

CƏMİYYƏT

14 Iyul 2023 | 11:44

"Uşaqlar bərbad bağçalara getsinlər" - Deputatdan sərt AÇIQLAMA

“Doğulduğum İmişli rayonu Xəlfəli kəndində uzun illərdir fəaliyyət göstərən və mənim də getdiyim uşaq bağçası bərbad vəziyyətədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda deputat Razi Nurullayev bildirib.

Deputat qeyd edib ki, sözügedən uşaq bağçasının təmir olunması üçün Elm və Təhsil Nazirliyinə müraciət edib: “Nazirliyin rəhbər şəxslərilə görüşüblər problemi demişəm. Onlar da mənə dedi ki, həmin bağça standartlara uyğun gəlmədiyi üçün təmiri nəzərdə tutulmayıb. Ölkədə əksər bağçalar 30-40 il öncə inşa edilir. Onlar indi mövcud standartlara uyğun gəlmir deyə təmir etməyək? Yaxşı, qoy uşaqlar bərbad vəziyyətdə olan bağçaya getsinlər”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026