Yay aylarında daha aktiv olan və daha çox çöldə vaxt keçirən, hərəkət edən, dayanmadan qaçan və oynayan uşaqların sonsuz enerjisi zaman-zaman əllərində, biləklərində, ayaqlarında və ya barmaqlarında sınıqlara səbəb olur. Bəs bu zaman nə etmək lazımdır?
Bakıvaxtı.az bu mözuda həkimlərin araşdırmalardan sonra gəldikləri nəticəni sizlərə təqdim edir. Ümumiyyətlə, hər bir qırıq üçün fərqli müalicə üsulları var. Bəzi sınıqlar gipslə, bəziləri isə cərrahi yolla müalicə edilə bilər. Gipslə müalicə olunan qol sınığında birləşmə yoxdursa və ya səhv birləşmə baş veribsə, sınıq əməliyyat edilməli və vintlər və məftillər vasitəsi ilə müalicə olunmalıdır.
Hər yaş dövründə fərqli sümük qırıqlarının şahidi ola bilərik. Nazik ağac budağı kimi görünən uşaq sümükləri asanlıqla əyilir. Əyildiyi üçün də elastikdir. Uşaqlar parkda oynayarkən, velosiped sürərkən və qaçarkən bilək və dirsək sınıqları müşahidə olunur. Uşaqlarda rast gəlinən sınıqlar arasında topuq və ayaq sınıqları da var.
Hər bir sınığın sağalma müddəti fərqli olsa da, uşaqlıqda sümüyü örtən periost daha qalın olur və sümüyün birləşməsinə kömək edir. Uşaqlarda bilək sınıqları 3-4 həftədə sağalarkən, yaş artdıqca bu müddət 4-6 həftəyə qədər uzanır.
Gündə 1-2 stəkan süd içmək və ya süd məhsulları istehlak etmək sınığın sürətlə sağalmasında mühüm rol oynayır. Uşaqlıqdan kalsium ehtiyatlarının doldurulması yaşlı insanlar üçün də mühüm investisiyadır. Eyni zamanda, D vitamini səviyyəsi həm ümumi bədən sağlamlığı, həm də qırıqların sağalması üçün vacibdir. Uşaqlarda D vitamini səviyyəsi aşağıdırsa, onlara mütləq artırılmalıdır.. Ayaqları və qolları sınmış insanların və ya uşaqların qidalanmasına daha çox diqqət yetirilməlidir.
Sınıq vəziyyətlərində istehlak edilməsi tövsiyə edilən baş və ayaq şorbaları çox yüksək kalorili qidalardır. Ancaq çoxlu qırıqlar səbəbiylə bədənin çox enerji ehtiyacı olduğu üçün istehlak edilə bilər.
Digər sınıqlardan fərqli olaraq, uşaqlarda dirsək sınıqları tez-tez əməliyyat tələb edir. Sınıqlar cərrahiyyə ilə çox aydın şəkildə aşkar oluna bildiyi üçün uzun müddət gipsdə saxlamadan naqil və vintlər ilə xəstəni gündəlik həyatına qaytarmaq mümkündür.
Qeyd edək ki, ailələr lazım gəldikdə uşaqlarının əməliyyat olunmasından çəkinməməlidirlər. Əməliyyatdan qaçmaq sınıqlar səbəbiylə bəzi qalıcı zədələrə səbəb ola bilər. Əməliyyatdan sonra çox tez sağalan xəstələr fizioterapiya ilə əvvəlki sağlamlıqlarına qovuşmaqları mümkündür.
Xəyalə Rza


jpg-1692090003.jpg)













