• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ÜST-dən pandemiya ilə mübarizədə yaranacaq çatışmazlıq barədə XƏBƏRDARLIQ

DÜNYA

10 Noyabr 2021 | 00:42

ÜST-dən pandemiya ilə mübarizədə yaranacaq çatışmazlıq barədə XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ildə peyvənd üçün istifadə edilən bir milyarddan çox xüsusi şprisin çatışmazlığı ilə bağlı xəbərdarlıq edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST-ün dərman və tibbi məhsullara çıxış bölməsinin baş məsləhətçisi Lisa Hedmanın Cenevrədə keçirdiyi brifinqdə deyib ki, bu çatışmazlıq dünyada peyvəndləmə prosesinin ləngiməsinə səbəb ola bilər.

"Biz peyvənd üçün real şpris çatışmazlığı ilə üzləşə biləcəyimizdən narahatlığımızı bildiririk. Dünyada sənaye müəssisələri hər il peyvəndlər üçün təxminən 6 milyard şpris istehsal etmək iqtidarında olduğuna görə, bu çatışmazlıq özünü göstərə bilər", - Hedman bildirib.

ÜST rəsmisi xatırladıb ki, 2021-ci ildə COVID-19-a qarşı 6,8 milyarddan çox peyvənd edilib ki, bu da digər xəstəliklər üçün adi peyvəndlərin sayından demək olar ki, iki dəfə çoxdur. Belə ki, koronavirusa qarşı peyvənd üçün istifadə olunan xüsusi şprislər digər xəstəliklərə qarşı peyvəndlə müqayisədə iki dəfə çox lazımdır.

"Çatışmazlıq şprislərin təkrar istifadəsinə gətirib çıxara bilər ki, bu da çox təhlükəli təcrübədir", - baş məsləhətçi əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026