• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

ÜST sabah koronavirus pandemiyası ilə bağlı qərar verəcək

DÜNYA

26 Yanvar 2023 | 21:00 | Müəllif: Subhan Mahmudov

ÜST sabah koronavirus pandemiyası ilə bağlı qərar verəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının fövqəladə hal kimi davam edib-etmədiyini müəyyənləşdirmək üçün yanvarın 27-də toplanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, bu, təşkilatın COVID-19-la bağlı Fövqəladə Komitəsinin 14-cü iclası olacaq.

Bildirilib ki, indiyədək dünyada 664 milyondan çox koronavirusa yoluxma halı və 6,7 milyondan çox isə ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, COVID-19-a ilk dəfə 2019-cu ildə Çində rast gəlinib. Xəstəlik sürətlə dünya ölkələrinə yayılıb və 2020-ci ildə pandemiya elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR