Zavodun damından yıxılan usta dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bədbəxt hadisə paytaxtın Qaradağ rayonunda baş verib.
Belə ki, İsmayıllı rayon sakini, 29 yaşlı Əfqan Babayev Sahil qəsəbəsində yerləşən kərpic zavodunun dam örtüyünü təmir edərkən oradan yıxılıb.
Zavoddan bildirilib ki, həmin şəxs kənardan dəvət edilmiş usta olub. Podratçı şirkətlə 1 günlük müqavilə imzalanıb və Əfqan Babayev də təmir işinə cəlb edilib. O, lazımi avadanlıqlarla təmin edilsə də, ehtiyatsızlıqdan yıxılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bakıvaxtı.az Xezerxeber.az-ın mövzu ilə bağlı ətraflı videomaterialını təqdim edir.