• Bakı 20° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Xaçmazda Qara kərkəs belə xilas edildi - VİDEO

CƏMİYYƏT

05 Noyabr 2025 | 20:27 | Müəllif: Subhan Mahmudov

Xaçmazda Qara kərkəs belə xilas edildi - VİDEO

Xaçmaz şəhəri ərazisində şam ağacında aşkarlanan Qara kərkəs xilas edilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində sakinlər avtomobil yolunun kənarındakı şam ağacında böyük quş olduğunu görüblər.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumuna və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib. Bundan sonra əraziyə FHN-in xilasediciləri və ekoloqlar cəlb olunub. Yolda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Quşun Qara kərkəs olduğu müəyyənləşib.

Xilasedicilər kərkəsi şam ağacından götürərək 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına təhvil veriblər./Report

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR