"Koronavirus əleyhinə vaksinasiya ilə bağlı əks göstərişi olan üçün əks göstəriş sertifikatı nəzərdə tutulur".
Bakıvaxtı.az xəbər verir ki, bunu dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabinetinin yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiyalar olacaq, həmin şəxslərə komissiyalar baxacaq, doğrudan da həmin şəxsə vaksin olmazsa, ona əks göstəriş sertifikatı veriləcək: "Bu sertifikatın da CR kodu olacaq".
Mövzu ilə bağlı aidiyyatı qurumlar Bakıvaxtı.az-ın sorğusuna belə cavab verib:
Səhiyyə Nazirliyinin mətbuat xidməti: “Qeyd edilən məsələ ilə bağlı yaxın zamanlarda ictimaiyyətə geniş məlumat veriləcək.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev: “Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə 50 nəfərdən 150 nəfərə qədər olan toy mərasimlərində vaksinasiya olunmamış şəxslər iştirak edə bilməz. Əlavə məlumat yoxdur”.
Aytac Aslan
















