Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi səfər dəvətini qəbul edib.
Bakıvaxtı.azTASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.
"Sahibə Qafarova Valentina Matviyenkonu Azərbaycana rəsmi səfərə dəvət edib. Federasiya Şurasının sədri dəvəti qəbul edib. Səfərin dəqiq tarixi razılaşdırılacaq", - məlumatda qeyd olunub.
Məlumatda, həmçinin bildirilib ki, MDB Parlamentlərarası Assambleyası çərçivəsində keçirilən görüş zamanı V.Matviyenko və S.Qafarova parlament əlaqələrini aktivləşdirmək barədə razılığa gəliblər.