• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Vardanyan Xankəndidə erməni gəncləri silahlandırır

GÜNDƏM

18 Avqust 2023 | 10:10 | Müəllif: Subhan Mahmudov

Vardanyan Xankəndidə erməni gəncləri silahlandırır

Qarabağda separatçı rejimin Azərbaycan ordusuna qarşı təxribat planlarına əhalinin hazırlanması da daxil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu prosesi Ruben Vardanyan üzərinə götürüb.

Ermənistan mediasının məlumatına görə, Vardanyanın rəhbərlik etdiyi qondarma “artsax təhlükəsizlik və inkişaf komitəsi” gənclərə təlim keçməyə başlayıb.

Təlimlər “ekstremal şəraitdə yaşamaq bacarıqları” adı altında həyata keçirilir. Məlumatda qeyd olunur ki, “gənclərə bu və ya digər sirlər çatdırılacaq”. Misal üçün, onlar dağlıq ərazilərdə düşərgələrin təşkili, yolların açılmasını öyrənəcəklər.

Reallıqda isə “ekstremal şəraitdə yaşamaq” adı altında erməni gənclər Azərbaycan ordusuna qarşı təxribat hücumlarına hazırlaşdırılır. Onlara “dağlarda fəaliyyətin” öyrədilməsi də buna hesablanıb./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR