• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Vasif Talıbov həbs edilməlidir - Partiya sədri

SİYASƏT

21 Dekabr 2022 | 17:23 | Müəllif: Qalib İbrahimoğlu

Vasif Talıbov həbs edilməlidir - Partiya sədri

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov tutduğu vəzifədən istefa edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Ali Məclisin altıncı çağırış səkkizinci sessiyasında sədr Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb. Qərar səsə qoyularaq qəbul olunub.

Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev isə Bakıvaxtı.az-a bildirib ki, Vasif Talıbovun istefasını səhhəti ilə əlaqələndirməsi yalandır:

“Vasif Talıbov qələt edir. O, cinayətkardır. İstefa məsələsi-filan yoxdur, onu vəzifədən getməyə məcbur ediblər. Bu gün-sabah onu həbs edəcəklər. Dövlətə xəyanət edən heç kimin Azərbaycan ərazisində yaşamağa mənəvi haqqı yoxdur. Onların yeri həbsxanalardır".

MMP sədri qeyd edib ki, nəinki Vasif Talıbov, ümumilikdə belələrini həbs etmək lazımdır.

"Hamılıqla cənab Prezidentin arxasında durmaq, dəstəkləmək lazımdır ki, ölkəni cinayətkarlardan təmizləsin”, - deyə Hafiz Hacıyev vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026