• Bakı 20° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Verilişlər psixologiyamıza necə təsir edir? - Psixoloq RƏYİ

CƏMİYYƏT

03 Fevral 2023 | 17:26 | Müəllif: Qalib İbrahimoğlu

Verilişlər psixologiyamıza necə təsir edir? - Psixoloq RƏYİ

Hər gün çoxlu xəbərlər oxuyur, verilişlər izləyirik. Ancaq Azərbaycan telekanallarında daha çox məişət yönümlü verilişlərə üstünlük verildiyindən, bunun insanlara da təsiri az olmur.

Psixoloq Günay Kərimi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu gün efirə gedən verilişlərin bəziləri əyləncəli, insana pozitiv təsir edən, bəziləri isə bədbin proqramlardı:  “Bəzi insanlar bədbin verilişləri izləməyə üstünlük verir. Çünki orada müzakirə olunan insan taleləri, çətin həyat tərzləri onlarda daha çox maraq doğurur. Lakin belə verilişləri izləmək insanın əhbal-ruhiyyəsinə mənfi təsir göstərir. Gün ərzində istər mənfi, istərsə də müsbət videolar izləyir, xəbərlər oxuyuruq”.

G.Kəriminin sözlərinə görə, təbii ki, bu, bizə psixoloji təsir göstərir, kədər, üzüntü yaşadır: “Bəzən insanda stresin yaranmasına səbəb olur. Ən əsası da səhəri açdığımız zaman, hətta bir neçə gün izlədiklərimizin təsiri altında qalırıq. Müsbət düşüncələr, yüksək əhval-ruhiyyə ilə günə başlasaq belə bu düşüncələr bizə mənfi təsir edəcək. Ona görə də, bizə mənfi təsir bağışlayan, əhval-ruhiyyəmizi aşağı salan verilişləri izləməməli, xəbərləri oxumamalıyıq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026