• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Vəziyyət ağırdır, Ukrayna hərbçiləri mühasirəyə düşə bilər - ŞOK AÇIQLAMA

DÜNYA

19 Oktyabr 2024 | 23:42 | Müəllif: Subhan Mahmudov

Vəziyyət ağırdır, Ukrayna hərbçiləri mühasirəyə düşə bilər - ŞOK AÇIQLAMA

Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı davam etdirdiyi Rusiyanın Kursk vilayətində vəziyyət çox ağır olaraq qalır, Ukrayna qoşunlarının mühasirəyə düşməsi təhlükəsi var.

Bakıvaxtı.az xəbər verir ki, bunu ukraynlı ekspert Oleq Jdanov deyib.

"Düşmən qoşunları qərb cinahdan bizi çox sıxdı. Hər iki tərəfdən əməliyyatlar dayanmır, xüsusən də boz zonada. Bir neçə ciddi anlar oldu ki, qoşunlarımızın mühasirəyə düşməsi təhlükəsi yarandı, amma görünür biz bu problemi həll etdik və qoşunlarımız onları təhdid edən bölgələrdən, mümkün mühasirə təhlükəsindən çıxdı. Amma fakt odur ki, döyüşlər çox çətin keçir. Hər iki tərəfdən qoşunların fəallığı çox yüksəkdir", - O.Jdanov qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026