• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“WhatsApp” bir çox “iPhone” modellərində işləməyəcək

MULTİMEDİA

29 Yanvar 2025 | 11:53 | Müəllif: Gülşən Şərif

“WhatsApp” bir çox “iPhone” modellərində işləməyəcək

“WhatsApp” may ayında bir neçə “iPhone” modelində işini dayandıracaq.

Bakıvaxtı.az “BBC”yə istinadən xəbər verir ki, “iPhone” üçün “WhatsApp”ın hazırkı beta versiyası artıq iOS-un köhnə versiyaları ilə işləyən “Apple” smartfonları tərəfindən dəstəklənmir. 

Məlumata görə, köhnəlmiş əməliyyat sistemi ilə işləyən smartfonlar 2025-ci il mayın 5-dən etibarən messencer tərtibatçıları tərəfindən dəstəklənməyəcək.

Belə ki, messencerin və “WhatsApp Business”in standart versiyasının istifadəçiləri proqramdan istifadə edə bilməyəcəklər. Dəstəyin bitməsi ilə əlaqədar onlar mesaj göndərə və qəbul edə, həmçinin zəng edə bilməyəcəklər.

5 may 2025-ci il tarixindən qüvvəyə minən məhdudiyyət iOS 14 və daha aşağı versiyalarla işləyən iPhone 6, iPhone 6 Plus, iPhone 5s və daha əvvəlki modellərin istifadəçilərinə şamil ediləcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026