• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Xankəndi şəhərində aksiya: “Arutyunyan, get!”

DÜNYA

21 Iyun 2021 | 23:27

Xankəndi şəhərində aksiya: “Arutyunyan, get!”

İyunun 21-də Xankəndi şəhərində etiraz aksiyası keçirilib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, etirazçılar separatçıların başçısı Araik Arutyunyanın istefasını tələb ediblər. Ermənilər bəyan ediblər ki, Arutyunyan “artsax”lıların mövqeyini əks etdirmir.

“Xalq gəlib desin ki, Araik Arutyunyan getməlidir. Get, ona görə ki, sən artsaxlıların nəzər nöqtəsini əks etdirmirsin”, deyə, etirazçılardan biri deyib. Ardınca da həmin şəxs bildirib ki, kapitulyant Nikol Paşinyan və Araik Arutyunyana görə təəssüf ki, Qarabağ türklərin nəzarəti aldındadır. Aksiya iştirakçısı deyib ki, onlar 44 günlük müharibədə Qarabağ ermənilərini hər şeyin yaxşı olacağı vədi ilə aldadıblar.

Qeyd edək ki, seçki günü A.Arutyunyanın İrəvanda, N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” blokunun qərargahında olması Qarabağ klanını qəzəbləndirib. İstisna deyil ki, etirazlarda Robert Köçəryanın da barmağı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026