• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xaricdə təhsil alan daha 67 nəfərin diplomu TANINMADI

CƏMİYYƏT

04 Sentyabr 2023 | 18:17 | Müəllif: Subhan Mahmudov

Xaricdə təhsil alan daha 67 nəfərin diplomu TANINMADI

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı avqust ayı üzrə 783 müraciətçinin xaricdə təhsil haqqında sənədinin tanınması ilə bağlı müraciətindən 716-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Bakıvaxtı.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən xəbər verilib.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 60, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 333, Rusiya Federasiyasından 228, Türkiyə Respublikasından 78, Belarus Respublikasından 54, Gürcüstandan 44, digər ölkələrdən isə 46 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq 99, maliyyə üzrə 74, yanğın təhlükəsizliyi mühəndisliyi 74, iqtisadiyyat üzrə 72, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 49 müraciət qeydə alınmışdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026