• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Xəzri-2023" təlimləri davam edir - VİDEO

CƏMİYYƏT

04 Oktyabr 2023 | 16:15

"Xəzri-2023" təlimləri davam edir - VİDEO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi davam edir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib.

"Xəzri-2023" birgə taktiki təlimində hər iki ölkənin hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək təlimdə İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.


"Xəzri-2023" təlimləri davam edir - VİDEO"Xəzri-2023" təlimləri davam edir - VİDEO"Xəzri-2023" təlimləri davam edir - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026