• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarılıb

İQTİSADİYYAT

07 Iyul 2025 | 17:35

Xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarılıb

Bu ilin I yarısında Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 4 milyon 889,1 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarıb.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, geri qaytarılan vəsait xarici vətəndaşların ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.


SON XƏBƏRLƏR