Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.
Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.



jpg-1754480662.webp)

jpg-1754479006.webp)
jpg-1754478538.webp)


jpg-1754466357.webp)






