• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Hakkaridə İraqda həlak olmuş əsgərlərlə vida mərasimi keçirilib

    DÜNYA

    07 Iyul 2025 | 16:00

    Hakkaridə İraqda həlak olmuş əsgərlərlə vida mərasimi keçirilib

    İraqın şimalındakı “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində bir mağarada metan qazına məruz qalaraq həlak olan 12 türk əsgərindən altısının cənazəsi iyulun 7-də Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinə gətirilib.

    Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, şəhidlərlə vida mərasimi Hakkari vilayətinin Yüksekova rayonundakı Səlahəddin Eyyubi adına hava limanında keçirilib.

    Mərasimdə milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Metin Gürak, Silahlı Qüvvələrin birlik komandirləri, ikinci ordu komandanı Levent Ergün iştirak ediblər.

    Türkiyə Milli Müdafiə Nazirliyi daha əvvəl İraqdakı ərazidə hərtərəfli təftiş zamanı metana məruz qalan 19 əsgərdən 12-sinin öldüyünü bildirmişdi.


    SON XƏBƏRLƏR