• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Rusiyada miqrantlarla bağlı YENİ XƏBƏR -  rüsum tətbiq edilə bilər

DÜNYA

07 Iyul 2025 | 18:00

Rusiyada miqrantlarla bağlı YENİ XƏBƏR -  rüsum tətbiq edilə bilər

Rusiyada miqrantların yaşadıqları yerdə qeydiyyatı üçün rüsum tətbiq edilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya hökuməti Dövlət Dumasına miqrantların yaşadıqları yerdə qeydiyyata alınması üçün rüsumun tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edib.

    Qanun layihəsinə görə, xarici vətəndaşların yaşayış yerində qeydiyyatı üçün 500 rubl, habelə müvəqqəti qalma müddətinin uzadılması üçün 1 min rubl məbləğində rüsum tətbiq edilməsi təklif olunur. Bundan əlavə, işləmək icazəsi olan patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün 4,2 min rubl məbləğində rüsum da müəyyən edilir. İş icazəsinin müddətinin uzadılması üçün miqrantlar 4,2 min rubl, dublikatın verilməsi və ya icazəyə düzəlişlər edilməsi üçün isə 2,1 min rubl ödəməli olacaqlar.

    Qanunun qəbul ediləcəyi təqdirdə, 2025-ci il sentyabrın 1-dən, lakin rəsmi dərc edildiyi tarixdən bir aydan tez olmayaraq qüvvəyə minəcəyi güman edilir.


    SON XƏBƏRLƏR