• Bakı 29° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Bu göldə çiməndə saç rəngləri dəyişir - FOTOLAR

DÜNYA

06 Avqust 2025 | 16:23

Bu göldə çiməndə saç rəngləri dəyişir - FOTOLAR

Türkiyədə Van gölündə üzən uşaqların saçları saralıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb göl suyunun tərkibində olan minerallardır.

Belə ki, dünyanın ən böyük sodalı gölü sayılan Vanın suyunda kalsium, maqnezium, kalium kimi minerallar var. Günəşlə bərabər bu minerallar da öz təsirini göstərir. Nəticədə saçda müvəqqəti rəng dəyişikliyinə səbəb olur.

Belə bir halla üzləşən 11 yaşlı Cihat bildirib ki, saç rəngi qışa qədər əvvəlki halına qayıdır: “Sudan çıxanda günəş başımıza vurur. Bu səbəbdən saçlarımız saralır. Məktəblər başlayanda dostlarımız bizi tanımır. Qışda saçlarım qara, yayda isə sarı olur. Qışda Ronaldoya, yayda Oşimenə oxşayıram”.

O bununla “Qalatasaray”ın futbolçusu Viktor Oşimenin boyanmış sarı saçlarına eyham vurub.

Sözügedən fotoları təqdim edirik:




SON XƏBƏRLƏR

06 Avqust 2025