Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson şəhərində partlayışlar baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın Xerson hərbi administrasiyasının rəhbəri Roman Mroçko bildirib.
“Şəhərin mərkəzində bir neçə partlayış baş verib", - o bildirib.
Məlumata görə, bölgədə hava hücumu xəbərdarlığı elan edilməyib.















