• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Xəzər Lənkəran"ın bütün borcları bağlanıb

İDMAN

14 Fevral 2022 | 19:45 | Müəllif: Subhan Mahmudov

"Xəzər Lənkəran"ın bütün borcları bağlanıb

"Xəzər Lənkəran" klubu bütün borclarını bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında "Xan Lənkəran"ın Mətbuat katibi Famil Məmmədov məlumat verib.

Klub rəsmisi "Xəzər Lənkaran"ın bütün borcları bağlandığı üçün ehtiyac olacağı təqdirdə, "Xan Lənkəran"ın bu adla çıxış edə biləcəyini söyləyib. "Xəzər Lənkəran" klubunun rəhbərliyi ilə görüşümüzdə də bildirilib ki, bu adla mübarizə apara bilərik. Mətbuatda bəzi məlumatlar yayılırdı ki, borclara görə adı dəyişə bilmərik. Amma artıq borcların hamısı bağlanıb".

Lakin F.Məmmədov borcların "Xan Lənkəran", yoxsa "Xəzər Lənkəran" tərəfindən bağlanıldığını açıqlamayıb: "Bizə sadəcə, deyilib ki, "Xəzər Lənkəran"ın borcları bağlanılıb".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026