• Bakı 18° C

    10.78 m/s

  • USD - 1.7

    EUR - 1.8655

    RUB - 1.9702

XİN beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ

SİYASƏT

06 Aprel 2025 | 16:45

XİN beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda XİN sosial şəbəkə hesablarında yazıb.

“Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb. Biz beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin aktuallığını tanımağa, davam edən minatəmizləmə səylərində Azərbaycanın yanında olmağa, o cümlədən günahsız insanların həyatını təhlükə altına almaqda davam edən və münaqişədən sonrakı bərpaya mane olan Ermənistanı məqsədyönlü və genişmiqyaslı minalarla çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq” – XİN qeyd edib.

Xatırladaq ki, bu gün Cəbrayıl və Ağdam rayonlarında mina partlayışları baş verib. 


SON XƏBƏRLƏR