• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Xocavənd sakinindən narkotik götürülüb

HADİSƏ

01 Sentyabr 2021 | 11:53

Xocavənd sakinindən narkotik götürülüb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan rayonu ərazisində yerləşən Xocavənd şəhərciyində RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Axullu kənd sakini Əli Nəzərov saxlanılıb. Onun evinə baxış keçirilən zaman güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirlir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026