• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Xorvatiya serbiyalı diplomatı ölkədən çıxardı

DÜNYA

21 Noyabr 2023 | 21:56 | Müəllif: Subhan Mahmudov

Xorvatiya serbiyalı diplomatı ölkədən çıxardı

Xorvatiya Belqradın hərəkətlərinə cavab olaraq Serbiyanın Zaqrebdəki səfirliyində çalışan diplomatı "persona non-qrata" elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Xorvatiyanın Xarici və Avropa İşləri naziri Qordan Qrliç Radman bildirib.

Qrliç Radman mətbuat konfransında deyib: “Xorvatiya Xarici İşlər Nazirliyi Serbiyanın persona non-qratanı Xorvatiyanın Belqraddakı səfirliyinin birinci katibi elan etmək qərarından təəssüflənir.

Xorvatiya Belqradın bu addımına tez cavab tədbiri görüb”.

“Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, Serbiyanın Zaqrebdəki səfirliyinin müşaviri Petar Novakoviçin Xorvatiya Respublikası ərazisində persona non-qrata elan edilməsi barədə qərar qəbul etdik”, - deyə nazir vurğulayıb. Xorvatiya tərəfinin diplomatının ölkədən çıxarılmasının səbəbləri ilə bağlı heç bir izahat almadığını əlavə edib.

Noyabrın 20-də Serbiya Xarici İşlər Nazirliyi Xorvatiya Respublikasının Belqraddakı səfirliyinin birinci katibi Hrvoj Şnayderin ölkədən çıxarılmasını elan edərək, onun öz fəaliyyətində “diplomatik normalardan kənara çıxdığını” göstərir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026