• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qəzzadan Türkiyəyə 1149 nəfər təxliyə edilib - Hakan Fidan

DÜNYA

21 Dekabr 2023 | 21:39 | Müəllif: Subhan Mahmudov

Qəzzadan Türkiyəyə 1149 nəfər təxliyə edilib - Hakan Fidan

Bu günədək Qəzzadan Türkiyəyə 1 149 nəfər təxliyə edilib. Təxliyəsini gözləyən digər vətəndaşlarımızı da yaxın günlərdə təhlükəsiz şəkildə ölkəmizə gətirməyi hədəfləyirik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Türkiyədə ölkə maraqlarına əsaslanaraq həyata keçirilən müstəqil xarici siyasət dövləti beynəlxalq gündəmi müəyyən edən və yerləşdiyi kritik coğrafiyalarda təsir yaradan bir faktora çevirib. Türkiyənin Xarici İşlər Nazirliyi bu çağırışları nəzərə alaraq strateji hədəflərini “Regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi”, “Ölkənin xarici əlaqələrinin institusional əsaslarını yeni ittifaqlar və tərəfdaşlıq mexanizmləri vasitəsilə genişləndirmək”, “Bölgədə iqtisadi inkişafı və rifahı yaxşılaşdırmaq” və “Qlobal sistemin transformasiyasına təsir etmək” olmaqla dörd əsas nöqtəyə istiqamətləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026