• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Aktyor avtomobilində ölü tapıldı

DÜNYA

20 Yanvar 2024 | 20:45

Aktyor avtomobilində ölü tapıldı

Rusiyalı kino və serial aktyoru Aleksey Sdobnov avtomobilində ölü tapılıb.

Bakıvaxtı.az yerli mediaya istinadla bildirir ki, bu barədə onun prodüseri və kastinq direktoru Nataliya Boçarova danışıb.

Onun sözlərinə görə, aktyor yanvarın 12-dən 13-nə keçən gecə öz maşını ilə evə getmək üçün yola düşsə də, gəlməyib və maşında ölüb.

O da bildirilir ki, aktyorla vida mərasimi yanvarın 16-da Moskva vilayətində baş tutub. Sənətçinin 57 yaşı var idi.

Sdobnov “Çikatilo”, “Final sezonu”, həmçinin “Otel”, “Rusiya”, “Çizək”, “Rublyovkalı polis”, “Sklifosovski” seriallarında rol alıb. Ümumilikdə onun 40-dan çox layihəsi var.

Aktyorun ölüm səbəbi məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026