• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ermənistanda nazirliyin maşını qəsdən dərəyə atıldı

DÜNYA

20 Yanvar 2024 | 20:31

Ermənistanda nazirliyin maşını qəsdən dərəyə atıldı

Ermənistanın Təbiəti Mühafizə Nazirliyinin avtomobili qanunsuz ağac kəsməkdə şübhəli bilinən şəxslər tərəfindən qəsdən dərəyə atılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə polisin saytı məlumat yayıb.

Qeyd olunur ki, bir gün əvvəl saat 17:00-da Meşə Təsərrüfatı Komitəsinin əməkdaşı Tavuş (əvvəlki tarixi adı Barama-red) vilayətinin Operativ İdarəetmə Mərkəzinə zəng edərək təcili olaraq İcevan-Vazaşen kəsişməsinə patrulçuların göndərilməsini xahiş edib.

Əraziyə gələn operativ qrup müəyyən edib ki, Meşə Təsərrüfatı Komitəsinin əməkdaşı odunla yüklənmiş “Qaz-66” və “UAZ” markalı avtomobilləri saxlamağa cəhd edib, lakin sonuncular Təbiəti Mühafizə Nazirliyinə məxsus “Nissan Patrol” markalı avtomobili qəsdən vuraraq onu dərəyə itələyib. “Qaz-66” və UAZ sonra ərazidən uzaqlaşıb.

Polis hücum edənlərin şəxsiyyətini müəyyənləşdirib. Onlar saxlanılaraq İcevan polis bölməsinə aparılıb. Saxlanılanlar cinayət əməllərini, habelə meşədəki ağacları qanunsuz kəsdiklərini etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026