• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

 Podolyak: "Putin postsovet əraziləri də işğal etmək istəyir" 

DÜNYA

20 Yanvar 2024 | 19:39

Podolyak: "Putin postsovet əraziləri də işğal etmək istəyir"

Ukrayna Rusiya ilə danışıqlara getməyəcək. Rusiya lideri Vladimir Putin təkcə Ukraynanı deyil, digər postsovet ərazilərini də işğal etmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Bild"ə müsahibəsində  Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib. 

“Müharibə, Putinin fikrincə, o, Ukraynanın bütün ərazisini fəth edənə qədər, Avropada hegemonluğa nail olana qədər, digər postsovet ərazilərini fəth edənə qədər davam edəcək. İnsan bir neçə ilə kifayətlənmək istəsə, nüfuzunu, münasibətlərini məhv edərək böyük müharibəyə getməz. Bu cəfəngiyyatdır”, - deyə o bildirib.

O, həmçinin tərəfdaşları Ukraynaya silah tədarükünü davam etdirməyə çağırıb. Onun sözlərinə görə, problem bərabərsizlikdir, tədarüklər balanslaşdırılmalıdır.
Podolyak Rusiyanın müharibə dövründə ciddi irəliləyiş əldə etmədiyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026