Saç tökülməsinin müxtəlif səbəbləri var. Amma artıq bu problemdən qorxmaq lazım deyil.
Bakıvaxtı.az saçınızın əvvəlki kimi parlaq və güclü quruluşunu bərpa etməniz üçün təbii qarışıqları təqdim edir.
Zeytun yağı və yumurta ilə təbii qarışım: Ev şəraitində asanlıqla hazırlanan zeytun yağı və yumurta qarışığı sayəsində özünüzü saç tökülməsindən qoruya bilərsiniz. Tərkibindəki saç tökülməsinə qarşı sağlam yağlar və saçları qidalandıran yumurta və zeytun yağı qarışığı saç dərisini də qidalandırır və saçlarınız hər zamankindən daha parlaq görünəcək.
Kiçik bir qabda 1 xörək qaşığı zeytun yağını 1 yumurta ilə qarışdırın. Qarışığı saçlarınıza kökdən uclarına qədər masaj edin və saçınızı sarın. 30 dəqiqə gözlədikdən sonra saçınızı ilıq su ilə yuyun. Bu qarışığı həftədə 3 dəfə saçınıza çəkə bilərsiniz.
Lavanda yağı ilə masaj: Tərkibindəki omeqa qrupu yağ turşuları sayəsində sağlam yağlar baş dərisini qidalandırır və saç köklərini gücləndirir. Saçlarınızı lavanda yağı kimi sağlam yağlarla masaj edərək baş dərinizi və köklərinizi qoruya bilərsiniz. Saçlarınızı həftədə 3 dəfə lavanda yağı ilə masaj edə bilərsiniz.
Hindistan cevizi yağı və kondisioner: Hindistan cevizi tərkibindəki sağlam tərkib hissəsi ilə saçınızı qoruya bilərsiniz. Hind cevizi tökülməyə qarşı tədbir olmaqla yanaşı, saçdakı piqmentləri də gücləndirir və saçlarınızı daha sağlam edir. Saçınıza hind cevizi kremi və ya yağ sürtməklə saç tökülməsindən xilas ola bilərsiniz.
Badam yağı: Badam yağı saç tökülməsinin qarşısını almaqla yanaşı, saç tökülməsi effektinə malikdir. Saçları qidalandıraraq saç köklərini gücləndirməklə yanaşı saç köklərindən yeni və güclü saç tellərinin çıxmasını təmin edir.
Saçlarınızı duşdan sonra kökdən uclarına qədər masaj edərək badam yağından istifadə edə bilərsiniz.
Ay Tac







jpg-1686915720.webp)





jpg-1686914230.webp)


