• Bakı 16° C

    13.45 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Yağış suları və kanalizasiya sistemlərindəki çatışmazlıqlar şəhər həyatını təhlükəyə atır

CƏMİYYƏT

19 May 2025 | 15:21

Yağış suları və kanalizasiya sistemlərindəki çatışmazlıqlar şəhər həyatını təhlükəyə atır

“Yağış sularının axıdılması və kanalizasiya sistemlərinin təmizliyi sahəsində ciddi çatışmazlıqlar mövcuddur".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Bakı şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda keçirilən konfransda Milli Məclisin deputatı Qüdrət Həsənquliyev səsləndirib.

Deputat bildirib ki, bu sahədə zəruri tədbirlər həyata keçirilmədiyindən, yağış yağdıqda şəhərin yolları su altında qalır. Bu isə həm şəhər həyatına, həm də sakinlərin təhlükəsizliyinə mənfi təsir göstərir.

Qüdrət Həsənquliyev əlavə edib ki, bəzi layihələrə milyonlarla vəsait ayrılmasına baxmayaraq, icra prosesində şəffaflıq və effektivlik təmin olunmur:

“İki il öncə minlərlə insan mənzil şəraitinin yaxşılaşdırılması üçün müraciət etmişdi, lakin onların problemləri hələ də tam həll olunmayıb".

Mina Mikayılova


SON XƏBƏRLƏR