• Bakı 28° C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Yaponiyada duzlu qaşıq hazırlandı

DÜNYA

23 May 2024 | 17:13

Yaponiyada duzlu qaşıq hazırlandı

Yaponiyada istehlak edilən pəhriz qidalarının duzlu olması üçün yeni üsul hazırlanıb. 

Bakıvaxtı.az "NTV"yə istinadən bildirir ki, yeni ixtira yeməkdə duzun miqdarını artırmadan qidanın duzlu dadmasına imkan verəcək.

Duzsuz xörəkləri şirinləşdirmək üçün hazırlanan elektron qaşıq zəif elektrik sahəsi yaradır. Beləliklə, yeyilən yeməkdə natrium ionları cəmləşərək yeməyin duzlu olması hissini verir.

Duzdan imtina edə bilməyən yaponlar üçün pəhriz yeməklərinin bu qaşıq sayəsində daha asan istehlak ediləcəyi gözlənilir.

İyun ayında satışa çıxarılacaq elektron qaşıqların qiyməti təxminən 127 dollar olacaq. 

Qeyd edək ki, yaponların gündəlik duz istehlakı 10 qrama çatır. Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi duz miqdarından iki dəfə çoxdur.

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Iyun 2024