• Bakı 19° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı

HADİSƏ

04 Fevral 2022 | 09:55

Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı

Sabirabadda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Sabirabad rayon sakini Ə.Novruzova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026