• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yaxın Şərq “qaynayır”: Bir ölkənin digərinə birbaşa real müharibə elan edəcəyi...

SİYASƏT

10 Aprel 2023 | 12:27 | Müəllif: Qalib İbrahimoğlu

Yaxın Şərq “qaynayır”: Bir ölkənin digərinə birbaşa real müharibə elan edəcəyi...

İsrail və Fələstin arasındakı gərginlik bitmək bilmir. Verilən məlumatlata görə, artıq İsraildə ehtiyatda olan hərbçilər səfərbərliyə çağırılır. Bu arada, İran isə "Fələstinə dəstək, İsrailin hərəkətlərini pisləmək" məqsədi ilə Xəzər dənizində hərbi parad keçirəcək.

Proseslər vəziyyəti hara aparır? Yeni müharibəmi başlayır?

Yaxın Şərq üzrə mütəxəssis Vüqar Zifəroğlu Bakıvaxtı.az-a bildirib ki, birbaşa müharibənin başlaması ehtimalı çox aşağıdır:

“Bilirsiniz ki, Yaxın Şərq bölgəsi hər zaman münaqişələrlə aktiv olub. Əslində baş verən prosesləri1 də indiyə qədər olan konfiliktlərin davamı kimi qiymətləndirmək lazımdır. Əgər biz İsrail-Fələstin münaqişəsindən, İran-İsrail gərginliyindən danışırıqsa, bu proseslər davamlı şəkildə gedir. Regionda hər hansı bir ölkənin digər ölkəyə birbaşa real müharibə elan edəcəyi ehtimalı çox aşağıdır. Lakin İran-İsrail münasibətlərinin gərginləşməsi fonunda, Livan, Suriya, Fələstin ərazilərində müəyyən proseslərin gedəcəyi birmənalıdır”.

Ekspertin sözlərinə görə, İranın dəstəklədiyi qüvvələr var ki, onlar İsrailə raket zərbələri endirir:

“İsrail isə buna adekvat reaksiyalar göstərir, addımlar atır. İsralin bu qüvvələrin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirməsi mümkündür. Elan olunan səfərbərlik isə bununla bağlıdır”.

Müsahibimizə görə, bu prosesin yalnız Fələstinlə deyil, eyni zamanda Livan və Suriya ilə müəyyən mənada davam edəcəyini ehtimal etmək olar:

“Bilirsiniz ki, Suriya ərazisində də İrana məxsus müəyyən bazalara bir neçə gündür zərbələr endirilir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026