• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yazda intiharlar niyə artır?

CƏMİYYƏT

09 May 2022 | 17:16 | Müəllif: Qalib İbrahimoğlu

Yazda intiharlar niyə artır?

Son günlər intiharların sayı xeyli artıb. Maraqlısı odur ki, əvvəlki illərdə olduğu kimi, bu il də yaz aylarında intiharların sayında artım müşahidə olunur. Yazda intiharların artmasının səbəbi nədir?

Psixoloq, psixpterapevt Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, insan ildə iki dəfə - yaz və payız fəsillərində fəaliyyətində bir az gərginlik yaşayır: “Ona görə də, qərb ölkələrində insanlar bu vaxtlar psixoterapiya seanslarına getməyi intensivləşdirirlər. Amma çox maraqlı araşdırmadır ki, sırf intihar bəzən payızdan çox yaza təsadüf olunur. Bu cür ziddiyətli, paradoksal vəziyyət var".

Onun ehtimalına görə, insanın intihar fikirləri olur, amma deressiyanın belə bir xüsusiyyəti var ki, intihardan əlavə insanda psixafiziolojo süstlük də yaradır. Lakin yaz gəlir, qan qaynayanda, insanda aktivlik yarananda beynindəki intihar fikrini realizə etməyə sanki bir fürsət yaranır.

Psixoloq qeyd edib ki, bu tip dəyişiklər ən çox meteohəssas insanlarda müşahidə olunur: “Yəni, iqlimə, havaya bağlı, meteoroloji hadisələrə həssas insanlarda bu halları daha çox görürük. Ümumilikdə isə intiharların artma səbəbini havada, iqlimdə, başqa nədəsə axtatmalı deyilik. Yaz, yay, qış, payız həmişə gəlib. Əsas məsələ insanlarım həyata baxışı və psixoloji durumlarıdır. Ona görə də, insanlar gərək həm özlərinə, həm də ətrafdakılara həssas yanaşsınlar. Ələlxüsus yeniyetmələrin, gənclərin, uşaların intiharı artıb. Psixoterapevt olaraq bu məsələ məni ciddi narahat edir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026