“Son zamanlar başım özümə qarışıb. Uşaqlar, ailə, iş-güc… Baxıram ki, sosial şəbəkə hər şeyi həll edir, ona görə də, efirlərdən qaçıram. Əslində sosial mediada da çox olmuram. Əsas vaxtımı işimə ayırıram”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Yeganə Mürsəlova “Maqazin plus” verilişinə açıqlamasında deyib.
Sənətçi yerli şou biznesdən şikayətlənərək, həmkarlarına meydan oxuyub:
“Onların da öz dinləyiciləri var. Demək, onlara təlabat var ki, aparıb oxudurlar. Trendləri izləmirəm. İşçilərim trendləri izləyib, mənə xəbər verirlər. Deyirəm ki, “Yeganə xanım 30 il bundan öncə trend oxuyub, indi mənə lazım deyil”. Əgər mən məclislərə dəvət alıramsa, üzərindən 28 il keçməsinə rəğmən məndən hələ də hansısa nəğməm istənilirsə, nə xoş mənim halıma. Əsil trend budur. O vaxtı sosial şəbəkə yox idi. Sosial media üç il bağlansın, indikilərin heç biri yadda qalmayacaq. Vay onların halına. Mən uzun müddət Türkiyədə oldum. Yerimi necə qoyub, getmişdimsə, elə də qaldı. Heç kim yerimi doldura bilmədi”.
Ziyafət Əlisoy
















