• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Yeni regionların Rusiyaya birləşməsi..." - Lavrov

DÜNYA

04 Oktyabr 2022 | 12:38

“Yeni regionların Rusiyaya birləşməsi..." - Lavrov

Qərb ölkələrinin Rusiyaya yeni regionların daxil olmasını tanımaması Rusiya üçün qətiyyən prinsipial deyil, lakin onlar yeni reallığı dərk etsələr, daha düzgün olardı.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bütün dünya ölkələrinin qaçılmaz olan yeni reallığı dərk etməsi daha düzgün olardı. Bunun üçün çoxlu sayda hüquqi arqumentlər, o cümlədən bərabərlik və xalqların öz müqəddəratını təyin etmə prinsipini təsbit edən BMT Nizamnaməsi, o cümlədən, hər kəsin öz müqəddəratını təyinetmə hüququnu tanıyan və bir ölkənin ərazisində yaşayan bütün xalqı təmsil edən hökumətlərə malik olan dövlətlərin ərazi bütövlüyünə hörmət etməli olduğunu açıq şəkildə bildirən Baş Assambleyasının bəyannaməsi var”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov onu da bildirib ki, Donbas regionu, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşməsi ilə bağlı keçmiş referendumlar BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərə tam uyğundur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026