Bu il Azərbaycanın mətbuat tarixində xüsusi yeri olan Yenisabah.az saytının 4 yaşı tamam olur.
Bakıvaxtı.az xəbər verir ki, xəbər portal yarandığı ilk gündən səmərəli fəaliyyəti ilə ölkənin ictimai-siyasi həyatının dəqiq və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərib.
Saytda 24 saat ərzində ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar təqdim edilir.
Portalın əsas hədəfi Azərbaycanda olan internet istifadəçilərinin maraqlarına uyğun bir media kimi fəaliyyət göstərməkdir. Bunun üçün oxucuları ilə daim kontaktda olmaq və xüsusilə vətəndaş jurnailstikasının imkanlarına yer vermək hədəflərdən biridir.
Bakıvaxtı.az kollektiv Yenisabah.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!
Ramid İbrahimov
















