• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Laçın-Xankəndi yolu: Eko-aksiya 75 gündür davam edir

CƏMİYYƏT

24 Fevral 2023 | 08:36 | Müəllif: Qalib İbrahimoğlu

Laçın-Xankəndi yolu: Eko-aksiya 75 gündür davam edir

Azərbaycanlı eko-aktivistlərin Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 75-cü günüdür.

Gecə saatlarında da aksiyanı davam etdirən iştirakçılar növbəti günə adəti üzrə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıblar.

Aksoyanın tələbləri və şüarları dəyişilməz olaraq qalır. Belə ki, aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər.

Aksiyada “Sərvətlərimizin talanı dayansın!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Təbiətin milləti yoxdur!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirilir.

Qeyd edək ki, asiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.

İsmayıl Alısoy


Laçın-Xankəndi yolu: Eko-aksiya 75 gündür davam edir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026