• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yenidən distant təhsilə keçən tələbələr bu problemlə üzləşir - AÇIQLAMA

CƏMİYYƏT

19 Oktyabr 2021 | 17:50

Yenidən distant təhsilə keçən tələbələr bu problemlə üzləşir - AÇIQLAMA

Təəssüflər olsun ki, 29 sentyabr ali və orta məktəblərdə əyani təhsil bərpa olunduqdan sonra yoluxmalar artdığı üçün bəzi sinif və qruplar yenidən distant təhsilə keçid edib.

Bəs bu cür səliqəsiz dərs rejimi həm tələbələr, həm də müəllimlərdə problem yaratmır?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a danışıb:

“İlk növbədə, qeyd edim ki, 29 sentyabrdan etibarən ali və orta məktəblərdə tədris bərpa edildikdən sonra tələbələr arasında, birmənalı şəkildə yoluxma sayının artacağı gözlənilən idi. Biz 29 sentyabrda bir sıra ali təhsil müəssisələrində pandemiya qaydalarına düzgün riyaət edilmədiyini COVİD-19 pasportunun yoxlanması üçün texniki avadanlıqların olmadığını gördük. Bunlar bizə pandemiyanın növbəti həftələrdə daha da qalxacağının, ali təhsil müəssisələrində yoluxma sayının artacağının ilkin praqnozlarını verirdi. Çox təəssüflər olsun ki, ali təhsil müəssisələri, xüsusən Azərbaycan Dillər Universiteti və Slavyan Universitetində pandemiya qaydalarına riyaət edilmirdi. İqtisadiyyat Universitetindən də bizə xəstə tələbələrin dərsə gəlməsi ilə bağlı şikayətlər daxil olur. Bunlar çox ciddi məsələlərdir, çox təəssüf ki, ali təhsil müəssisələri istər maddi-texniki baza, istərsə də kadr potensialı olaraq pandemiya dövründə tədrisi təşkil etməyə hazır olmalı idilər. Xüsusən ali təhsil müəssisələri dezinfeksiya qaydalarına və ara məsafəyə, demək olar ki, riyaət etmədilər. Ali təhsil müəssisələrində auditoriyaların havalandırılması, təmizliyi, mütamadi spirtlə dezinfeksiya edilmə və məhlullardan istifadə kimi ciddi problemlər var. Hətta görürük ki, temperaturu olan şəxslər belə dərslərdə iştirak edirlər, qoruyucu maskadan istifadə edənlər azdır. Məhz bunun nəticəsidir ki, universitetlərdə qruplar distant təhsilə keçiblər. Bu, ciddi bir məsələdir. Hesab edirəm ki, burda ali təhsil müəssisələri distant təhsilin təşki ilə bağlı texniki avadanlıqları təmin etməlidirlər. Əvvəllər tələbələr rayonlarda, kəndlərdə, şəhərdə evdə idilər, indi isə o internet imkanından məhrum ola bilərlər. Hesab edirəm ki, pandemiya dövründə tədrisin təşkili qaydalarına ciddi riyaət etmək lazımdır. Misal üçün, eyni fakültədə bir qrup əyani, digəri isə distant dərs keçir. Bu da ciddi boşluqlar yaradır. Çünki müəllimin dərs saatında problemlər yaranır. Hətta biz cədvəllərdə görümüşük ki, müəllim saat 13:00-da əyani, 15:30-da isə distant dərsdədir. Bu, müəllim üçün ciddi problemdir. Çünki onun kompüter və digər avadanlıqlarla təmin olunmasında, eyni zamanda, resurslarla bağlı problemi ola bilər. Bu hal tələbə üçün də problem yaradır, çünki biz bilirik ki, bəzi tələbələr kəsr dərslərində oturur. Bu tipli məsələlərdə alt qrupda dərs keçən tələbə həm onlayn, həm də ənənəvi dərsdə iştirak etməklə bağlı problem yaşayır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026